ain.az, Bizim media saytına istinadən bildirir.
Bu gün Xaçmaz rayonunda iki yerdə yanğın hadisəsi qeydə alınıb.Bizim.Media-nın əldə etdiyi məlumata görə, rayonun Hülövlü kəndi ərazisində bələdiyyəyə məxsus ərazidə 5,0 ha kol-kos yanıb.Rayonun Molla Bürhan kəndində isə sakin Şahin Şıxəliyevə məxsus talvar və orada heyvanların qış azuqəsi üçün saxlanılan 6 ton ot bağlamasından 4 tonu yanıb.Hər iki yanğın yerinə FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğındöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun genişlənməsinin qarşısı alınıb.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.