ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin oğlu Kərim Diniyev özünə yeni iş yeri tapıb.
İdman.biz bildirir ki, o, I Liqada mübarizə aparan «Baku Sportinq»lə müqavilə bağlayıb. Gənc mütəxəssis Röyal Nəcəfovun əsas köməkçisi təyin edilib.
2023-cü ilin dekabrından ötən ilin noyabrına kimi «Səbail»də atasının yardımçısı funksiyasını yerinə yetirmiş K.Diniyev son olaraq «Difai»də fəaliyyət göstərib.
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.