AZ

“Milan”ın futbolçusu Səudiyyə Ərəbistanına yollana bilər

“Milan”ın yarımmüdafiəçisi Yasin Adli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə klublarından biri 25 yaşlı futbolçunun transferi ilə bağlı “Milan” ilə danışıqlara başlayıblar. Bu keçidin yaxın zamanda baş tutacağı istisna edilmir.

Fransalı yarımmüdafiəçi 2021-ci ildən “Milan”ın heyətində çıxış edir. Bu müddətdə 39 oyuna qatılaraq 1 qol vurub və 2 asistlə yadda qalıb. Transfermarkt mütəxəssisləri onun bazar dəyərini 11 milyon avro olaraq qiymətləndirirlər.

Seçilən
19
90deqiqe.az

1Mənbələr