Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir . İki lider arasında danışıqların sentyabrın 4-də baş tutacağı bildirilir. Daha öncə ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını qeyd etmişdi.

Tramp həmçinin bildirib ki , Ukraynada münaqişənin həlli çox ləng olacağı təqdirdə ABŞ-ın “ikinci mərhələ” və “üçüncü mərhələ” tədbirləri qalıb.