AZ

Biləsuvarda yol qəzası: Ölən və yaralananlar var

Biləsuvar, 3 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Köhnə Bakı–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəzada bir nəfər həyatını itirib.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların hamısının Cəlilabad rayon sakinləri olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Seçilən
75
7
azertag.az

5Mənbələr