Cəlilabadda toy günü evdə yanğın olub.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunun Sərhədabad kəndində fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğınla bağlı zəruri tədbirlər görülür.
Məlumata görə, ev sahibinin övladının bu gün rayon ərazisindəki şadlıq saraylarından birində toy məclisi keçirilib.
Faktla bağlı araşdırma aparılır.