AZ

Bu görüntüləri paylaşdığına görə işdən çıxarıldı - VİDEO

Kıvanç Tatlıtuğun "Ailə" serialında dublyoru olan Mehmet Tan sosial şəbəkədə pərdəarxası görüntülərini paylaşdıqdan sonra agentliyi tərəfindən işdən çıxarılıb.

"Unikal" xəbər verir ki, serialda Kıvanç Tatluğun təhlükəli səhnələrdə dublyoru olmuş Tan çəkiliş zamanı görüntüləri sosial şəbəkədə yayıb. 

Bu görüntülərdən sonra "Səhnəni dublyor çəkdi, pulu Kıvanç aldı", "adi bir atəşi də kaskadyor yandırır" kimi şərhlər yazılıb və etirazlara səbəb olub. Bu paylaşımdan sonra prodüser şirkəti Mehmet Tanı işdən çıxarıb. 

Aktyor Kıvanç Tatlıtuğ məsələ ilə bağlı açıqlama verərək "Heç bir kəsin işindən olmasını istəmərəm. Gələcək seriallarda və reklamlarda onunla yenidən işləməyi ümid edirəm" deyib. 

Seçilən
3
50
unikal.az

10Mənbələr