AZ

Zaxarova: Rusiyada Trampın cavab viziti gözlənilir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva ABŞ prezidenti Donald Trampın cavab vizitini gözləyir.

Editor.az xəbər verir ki, bu barədə diplomat Şərqi İqtisadi Forum (VƏF) çərçivəsində TASS-a müsahibəsində danışıb.

Zaxarova qeyd edib ki, «Prezidentimiz Alyaska sammitində iştirakı zamanı bunu açıqlayıb və ABŞ prezidentini Rusiyaya rəsmi şəkildə dəvət edib».

O, Trampın vizitinin mümkün tarixləri ilə bağlı suala cavab olaraq bildirib ki, «bu, prezident administrasiyasının səlahiyyətindədir».

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr