AZ

Husilər bir gündə İsrail ərazisinə ikinci raket zərbəsi endirdiyini açıqladı

“Ənsar Allah” üsyançı hərəkatı bir gündə ikinci dəfə İsrail ərazisinə hücum edib.

Teleqraf xəbər verir ki, üsyançıların sözçüsü Yəhya Sariya Qüds bölgəsindəki hədəfə "hipersonik ballistik raket"lə zərbə endirildiyini bildirib.

"Yəmən silahlı qüvvələrinin raket qüvvələri Fələstin-2 hipersonik ballistik raketi ilə Qüdsün qərbində İsrailin obyektinə zərbə endirib. Əməliyyat öz məqsədinə uğurla nail olub", - hərəkatın sözçüsü bildirib.

Seçilən
0
7
teleqraf.com

8Mənbələr