AZ

HƏMAS bütün girovları azad etməyə hazırdır

Fələstinin HƏMAS hərəkatı İsraillə anklavda hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutan hərtərəfli saziş çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, müvafiq bəyanat radikalların Telegram kanalında dərc olunub.

"Həmas təsdiq edir ki, razılaşdırılmış sayda fələstinli məhbus müqabilində bütün girovları azad edəcək hərtərəfli sazişə doğru irəliləməyə hazırdır. Bu razılaşma həmçinin Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını da əhatə etməlidir", - bəyanatda deyilir.

Seçilən
3
2
teleqraf.com

5Mənbələr