ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Biləsuvarda baş verən qəzada yaralıları xəstəxanaya çatdırmaqla vətəndaşlıq nümunəsi göstərən sürücü sürət həddini aşdığı üçün cərimələnib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvardan Bakıya sərnişin aparan 30 yaşlı Fərid Abdullalı qəza zamanı xəsarət alanlara laqeyd qala bilməyib.
MÖVZU İLƏ BAĞLI:Biləsuvarda YOL QƏZASI: 1 nəfər həlak oldu, 3 nəfər xəsarət aldı - FOTO
O, ətrafdakıların köməyi ilə maşınına mindirdiyi yaralıları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb:"Qəzada xəsarət alan üç nəfəri maşınıma yerləşdirib xəstəxanaya apardım. Məcburən sürət həddini aşdım və Bəydili kəndi ərazisində radara düşdüm," – deyə Fərid Abdullalı bildirib.Nəticədə, bu qayda pozuntusuna görə sürücünün adına 200 manat cərimə və 3 bal hesablanıb.
Sabutay, Bizim.Media, Cənub bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.