AZ

Portuqaliyada dəhşətli funikulyor qəzası nəticəsində 15 nəfər ölüb

Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində 15 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "CNN Portugal" telekanalı məlumat yayıb.

Hadisə yerinə xilasedicilər qrupu cəlb olunub.

Milli Təcili Tibbi Yardım İnstitutunun (INEM) məlumatına görə, yaralılardan ən azı beşinin vəziyyəti ağırdır.

Mülki Müdafiə saytı bildirib ki, hadisə yerində 21 yerüstü nəqliyyat vasitəsinə dəstək verən 59 operator işləyir.

Qəzanın səbəbi hazırda məlum deyil.

Qeyd edək ki, "Qloriya" funikulyoru şəhərin əsas simvollarından biridir və paytaxtın mərkəzində, "Restaurandoreş" meydanını San-Pedro de-Alkantara bağı ilə birləşdirən yerdə yerləşir.
Seçilən
40
2
sherg.az

3Mənbələr