“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasındakı son durumdan narahatdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis cari mövsümün əvvəlində xoşagəlməz tendensiya müşahidə etdiyini bildirib.
Flik futbolçuların əvvəlki mövsümlə müqayisədə daha çox fərdi keyfiyyətlərə güvəndiyini, komanda oyununa isə az önəm verdiyini qeyd edib.
Onun sözlərinə görə, ötən mövsümdə “Barsa”nın uğurunun əsas sirri məhz birlikdə və qarşılıqlı anlaşma olub.
“Barselona” La Liqanın üçüncü turunda “Rayo Valyekano” ilə 1:1 hesablı heç-heçə edib. Oyun sonrası Flik açıq şəkildə bəyan edib ki, futbolçularının eqoist davranışlarına dözməyəcək.