AZ

Husilər Qərbi Qüds və Hayfaya hücum etdiklərini açıqladı

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yəməndəki “Ənsar Allah” (Husi) hərəkatı İsrailin Qərbi Qüdsdə yerləşən mühüm hədəfinə ilk dəfə “Fələstin-2” adlı hipersəs ballistik raketlə zərbə endirdiyini bəyan edib.

Doğru.az xəbər verir ki, husilərin açıqlamasına görə, raket zərbəsi nəticəsində Qüdsün qərbindəki “həssas hədəf” məhv edilib. Bundan əlavə, İsrailin şimalında yerləşən Hayfa şəhərinə də pilotsuz uçuş aparatı ilə hücum həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, Hayfadakı hədəf də məhv edilib.

Xatırladaq ki, bundan əvvəl hərəkatın sözçüsü Yəhya Səria qüvvələrinin Təl-Əvivdəki obyektləri iki ballistik raketlə vurduğunu açıqlamışdı.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
dogru.az

2Mənbələr