AZ

Dövlət Departamenti: ABŞ və Meksika narkokartellərə qarşı əməkdaşlığı davam etdirəcək

ABŞ dövlət katibi Marko Rubio və Meksika Prezidenti Klaudiya Şeynbaum Mexiko şəhərində keçirilən görüşdə narkokartellərə və digər transmilli cinayətkar qruplaşmalarına qarşı əməkdaşlığa sadiqliklərini təsdiqləyiblər.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

ABŞ dövlət katibi Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuentə ilə birgə keçirilən mətbuat konfransında isə bildirib ki, Vaşinqton Karib hövzəsində narkotik daşımalarında istifadə olunan katerlərin məhv edilməsinə dair əməliyyatları davam etdirməyi planlaşdırır.

Seçilən
84
12
apa.az

10Mənbələr