AZ

Timsah iki nəfərə hücum etdi

BAKI, 4 sentyabr. TELEQRAF

Hindistanın Madhya-Pradeş ştatında böyük bir timsah kəndə daxil olub və iki nəfərə hücum edib.

Teleqraf xəbər verir ki, kənd sakinləri onun uzun müddət davam edən yağışlar və suyun səviyyəsinin qalxması səbəbindən drenaj kanalından çıxdığını güman edirlər.

Meşə departamentinin əməkdaşları sürünəni tutmağa çalışsa da, heyvan evlərə daxil olub. Timsahın hücumu nəticəsində xəsarət almış iki kişi rayon xəstəxanasına çatdırılıb. Kənd sakinlərinin köməyi ilə timsahı tutmaq və su anbarına buraxmaq mümkün olub.

Seçilən
77
teleqraf.com

1Mənbələr