AZ

İsveç Ukraynaya “Gripen” qırıcıları sata bilər

BAKI, 4 sentyabr. TELEQRAF

İsveç Ukraynaya “Gripen” qırıcılarının satışını istisna etmir, lakin bu yalnız Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra mümkün ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib.

"Biz Ukrayna ilə dialoq aparırıq və onlar “Gripen” sisteminə... əsasən İsveç və Braziliyanın da istifadə etdiyi yeni versiya olan “Gripen Echo”ya maraq göstərirlər. Gələcəkdə satış həyata keçirilə bilər. Əgər baş tutarsa, bu, daha çox uzunmüddətli təşəbbüs və ya Hərbi Hava Qüvvələrinin birgə potensialının yaradılması olacaq", - nazir deyib.

Pol Yonson təyyarələrin tədarükünün birbaşa Ukraynada müharibənin bitməsindən asılı olacağını diqqətə çatdırıb.

Seçilən
66
teleqraf.com

1Mənbələr