Bakı. Trend:
Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Benfika" –"Qarabağ" oyunu üçün bilet qiymətləri müəyyənləşib.
Trend-i məlumatına görə, bu barədə Portuqaliya klubunun mətbuatxidməti xəbər verib.
Məlumata əsasən, biletlər 40–60 avro aralığında satışaçıxarılacaq. Satış prosesi sentyabrın 5-dən başlanacaq, lakin VIPsektorların qiyməti hələ açıqlanmayıb.
Xatırladaq ki, görüş sentyabrın 16-da Portuqaliyada baş tutacaqvə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu qarşılaşma qrupmərhələsinin ilk turu olacaq.