AZ

London: Pekin paradı “dikbaşlıq aktı” idi

ain.az bildirir, Reyting.az portalına istinadən.

“Pekində keçirilən parad Çinin hərbi gücünün nümayişi və yeni dünya nizamının formalaşdırılması üçün simvolik akt idi”. Reyting.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Express” nəşri yazıb. “Müasir silahların, o cümlədən hipersəs raketlərinin, lazer sistemlərinin və dron dəstələrinin nümayişi Qərb ölkələrinə açıq çağırışdır”,- deyən britaniyalı keçmiş diplomat Metyu Henderson paradı “dikbaşlıq aktı” kimi qiymətləndirib. Onun həmkarı Çarlz Parton isə bildirib ki, 2015-ci il paradının “güc nümayişi” olması nəzərdə tutulsa da, Çin indi özünü ABŞ-nın dialoq modelinə alternativ təklif edən iddialı dünya gücü kimi göstərir.E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
reyting.az

2Mənbələr