AZ

Salyanda avtomobil 2 nəfəri vurub

Salyanda sərxoş sürücü mağazanın qarşısında dayanan iki nəfəri vurub.

 

Hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü mağazanın qarşısında dayanan Qaraçala kənd sakinləri, 1991-ci il təvəllüdlü İmanov Fərid Əvəz oğlunu və 1992-ci il təvəllüdlü Kazımzadə Anar Elxan oğlunu vurub.

 

Nəticədə hər iki piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 4 Sentyabr 2025, 07:43   
Seçilən
39
5
pravda.az

6Mənbələr