AZ

İsrail İordan çayının qərb sahilini ələ keçirəcək, ABŞ əleyhinə deyil

ABŞ dövlət katibi Marko Rubio şəxsi söhbətlərində İsrailin İordan çayının qərb sahilini ilhaqına etməsinə etiraz etmədiyini və Tramp administrasiyasının buna müdaxilə etməyəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Axios" nəşri İsrail mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, iki İsrail rəsmisi Rubionun bu sözləri qapalı görüşlərdə ifadə etdiyini bildirib.

Eyni zamanda, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff hesab edir ki, İsrailin siyasəti Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq şansını azalda və Qəzzanın müharibədən sonrakı vəziyyəti məsələsində ABŞ-ın ərəb ölkələri ilə koordinasiya səylərini çətinləşdirə bilər.

Ağ Ev və Dövlət Departamenti məlumatı şərh etməkdən imtina edib.

Seçilən
19
1
modern.az

10Mənbələr