Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb. pizza mizza
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız