AZ

Vüqar Əhmədov Şirvanda qəbul keçirdi

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bu gün Şirvan şəhərində vətəndaşları qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən məlumat verilib. 

Qəbulda Şirvan və Hacıqabul rayonlarından olan sakinlər iştirak edib.  pizza mizza

Qəbulda qurumun fəaliyyətinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. 

"Azərişıq" bölgələrdə vətəndaşlarla görüşlər keçirir, onların təklif və tövsiyələrini dinləyir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
4
yenisabah.az

5Mənbələr