AZ

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Atletik Bilbao"nun hücumçusu İnaki Uilyamsı irqi zəmində təhqir edən "Espanyol" azarkeşi bir il müddətinə azadlıqdan məhrum edilib. Sport24.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Həmin şəxs 2020-ci ilin yanvarında Kataloniya komandasının ev oyununda qanalı futbolçuya irqçi jestlər etməkdə və qışqırmaqda günahlandırılıb.

İspaniya qanunlarına görə, cəza müddəti iki ildən az olduğu və əvvəllər məhkumluğu olmadığı üçün o, cəzasını həbsxanada çəkməyəcək. Azarkeş 1000 avro cərimələnib və üç il müddətinə futbol stadionlarına getmək qadağan edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
sport24.az

1Mənbələr