AZ

Rəhbərlik Adil Şükürovun qarşısına hansı şərti qoyub?

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Kəpəz"də srağagün iclas keçirilib. Bunu Sport24.az-a klubun mətbuat xidmətindən də təsdiq ediblər.

Toplantıda əsas müzakirə mövzularından biri də komandanın ilk 3 turda uğursuz çıxışı olub. Baş məşqçini dinləyən rəhbərlik onun qarşısına şərt qoyub. Komanda Şükürovun rəhbərliyi altında qarşıdakı 3 oyunda maksimum xal qazanmağa səy göstərməlidir.

Qeyd edək ki, 3 turdan sonra aktivində xal olmayan "Kəpəz" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Qarşıdakı turlarda isə "sarı-göylər" müvafiq olaraq "Araz-Naxçıvan", "Qəbələ" və "Turan Tovuz"la üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
sport24.az

1Mənbələr