AZ

Putin-Cinpin dialoqu ABŞ-ni dəhşətə gətirib | VİDEO

AzVision.az xatırladaq ki, Çinin sədri Si Cinpin Pekində Rusiya prezidenti Vladimir Putinlə söhbətində keçmişdə insanlar çox vaxt heç 70 yaşa qədər yaşamadıqlarına diqqət çəkib.

Bunun qarşılığında Putin deyib ki, biotexnologiyanın inkişafı sayəsində insan orqanları davamlı şəkildə transplantasiya edilə bilər. Nəticədə isə, insanlar daha gənc və cavan qalmağa, hətta ölməzliyə nail ola biləcəklər.

“Çində yumşaq desək, könülsüz donorlardan istifadə edilən orqan transplantasiyası ilə bağlı dəhşətli hekayələr eşitmişik. Belə iddiaların açıq mikrofonda yayımlanması mənim üçün yenilikdir və bir göstəricidir. Bu, onların dünyaya bizimkindən çox fərqli baxışa malik olduqlarından xəbər verir”, - Mayk Conson həmin dialoqu belə şərh edib.

Amerikalı siyasətçi, həmçinin Çində uyğurların təməl hüquqlarının çoxaylı şəkildə pozulması barədə məlumatlara da münasibət bildirib. Hüquq müdafiəçilərinin hesabatlarında onların Çində təqib olunduğu və aeyri-qanuni şəkildə bədən orqanlarının çıxarıldığı öz əksini tapır.

- Biz ABŞ dövləti kimi əxlaq və etikanın tərəfində olmaq niyyətindəyik və bu cür təcrübələrə qarşı çıxacağıq. Bu cür hərəkətləri qadağan edən qanunvericilik artıq hazırlanır və yəqin ki, biz bu təşəbbüsü prioritet etməliyik”, - ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vurğulayıb.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
7
1
azvision.az

2Mənbələr