AZ

İsrail Ordusu bu obyektlərə zərbələr endirdi

İsrail hərbçiləri Livanın cənubunda radikal “Hizbullah” təşkilatının obyektlərinə yeni silsilə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəflərindən biri “Hizbullah”ın mühəndis avadanlıqlarının olduğu anbar olub. İsrail hərbçilərinin fikrincə, anbar radikal təşkilatın hərbi baxımdan “potensialını bərpa etmək” və “terror fəaliyyəti” həyata keçirmək üçün nəzərdə tutulub.

Bundan əlavə, Livanın cənubundakı Cibbin qəsəbəsi ərazisində “Hizbullah”a məxsus raket buraxılış qurğusu vurulub.

“Zərbənin endirildiyi mühəndis avadanlıqları və buraxılış qurğusunun olması İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulması deməkdir. Ordu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmağa davam edəcək”, – hərbçilər bildirib.

Seçilən
4
1
konkret.az

2Mənbələr