Bakı. Trend:
Joao Pedro “Çelsi”nin ayın ən yaxşı oyunçusu seçilib.
Trend xəbərverir ki, 23 yaşlı hücumçu azarkeşlərin səsverməsində 77% səstoplayaraq birinci olub. İkinci yeri Moises Kaysedo tutub (11%).Avqust ayında braziliyalı oyunçu Premyer Liqada 3 matç keçirib, 2qol vurub və 2 məhsuldar ötürmə edib.
Joao Pedro bu yay 60 milyon funt sterlinq qarşılığında“Brayton”dan “Çelsi”yə transfer olunub.