Portuqaliyada ağır qəza baş verib.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Lissabonda məşhur “Gloria” funikulyorunun çökməsi nəticəsində azı 20 nəfər xəsarət alıb.
Portuqaliyanın “Diario de Notícias” nəşri yazıb ki, dəhşətli qəza nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Qeyd edilib ki, texnika relsdən çıxaraq qəzaya düşüb. Bu kanatlı dəmir yolu vasitəsi Portuqaliya şəhərinin əsas turizm vasitələrindən biri hesab olunur.