Moskva regionda vəziyyətin köklü dəyişməsi baxımından Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi üzrə Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır.
Misiya.Az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.
Diplomat bildirib ki, Rusiya Federasiyası ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib:
"Biz bu addımı regionda vəziyyətin köklü dəyişməsi baxımından haqlı, əsaslı hesab edirik", - o qeyd edib.
"Minsk institutlarının məhdudlaşdırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur ", - Zaxarova əlavə edib.
Nurlana ƏhmədovaMissiya.Az