AZ

Gəncə Dövlət Milli Dram Teatrı mövsümü Kukaraça tamaşası ilə açacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə, 4 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Milli Dram Teatrı sentyabrın 19-da 130-cu yubiley teatr mövsümünü Nodar Dumbadzenin "Kukaraça" əsərinin tamaşası ilə açacaq.

Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yaradıcı kollektiv həmçinin, yubiley ovqatı ilə 20 sentyabr tarixində Əziz Nesinin eyniadlı pyesi əsasında hazırlanmış “Toros canavarı”, 26 sentyabr tarixində isə Reymond Kuninin “Nömrə 13” pyeslərinin tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar saat 19:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
139
1
azertag.az

2Mənbələr