AZ

Füzulidə açıq sahədə baş verən yanğın söndürülüb

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Füzuli rayonunun Alxanlı kəndində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən SİA-ya bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Hadisə nəticəsində 60 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
25
sia.az

10Mənbələr