Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən olunan gəlirlər hesabına Ukraynaya 1 milyard dollar göndərib...
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, məlumat Britaniya hökumətinin rəsmi saytında dərc edilib.
"Dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard funt sterlinqdən artıq məbləğ Ukraynaya hərbi dəstək üçün yönəldilib", - müdafiə naziri Con Hili bildirib.
Nazir, həmçinin qeyd edib ki, Böyük Britaniya Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini yenidən nəzərdən keçirir və atəşkəsin əldə olunacağı halda onları Ukraynaya göndərmək niyyətindədir.
Poliqon.info