AZ

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) oktyabrda Ekoloji Konfrans keçirəcək

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) oktyabr ayında "TEZ" – Təhlükəsizlik, Ekologiya, Zövq devizi altında Ekoloji konfrans təşkil edəcək.

Finss.az xəbər verir ki, konfrans çərçivəsində Azərbaycan avtomobil parkının mövcud durumu, problemlər və həlli yolları müzakirə olunacaq.
Tədbirdə dövlət qurumları, elm adamları, özəl sektor nümayəndələri və xarici qonaqlar iştirak edəcək, panel müzakirələr və çıxışlarla konfrans zənginləşdiriləcək.

AADA idarə heyətinin sədri Eyyub Əliyev bildirib ki, bu konfrans ölkədə avtomobil sektorunun inkişafı və ekoloji yönümlü siyasətin həyata keçirilməsi üçün mühüm platformadır.
Cənab prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sərəncamının 5-ci bəndi "təmiz ətraf mühit və yaşıl artım" ölkəsi hədəfini nəzərdə tutur.
Bu sərəncamdan sonra avtomobil sektoruna xüsusi yanaşma formalaşıb, dövlət və özəl sektor arasında dialoq qurulub, ekoloji nəqliyyat vasitələrinə güzəştlər tətbiq edilib və utilizasiya proqramı işə salınıb.

Konfransda müzakirə olunacaq əsas mövzular:

  • Paralel idxalın inkişafı və tənzimlənməsi
  • Kredit və lizinq imkanları, maliyyə modelləri
  • Yollarda təhlükəsizlik tədbirləri və standartlar
  • Elektrik avtomobillər üçün şarj məntəqələri və infrastrukturun inkişafı
  • Avtomobil utilizasiyası və ekoloji proqramların tətbiqi
Seçilən
306
7
fins.az

10Mənbələr