AZ

Gürcüstanda Aİ-yə üzvlüyün tərəfdarları artıb

TBİLİSİ, 4 sentyabr. TELEQRAF

Gürcüstanda rəyi soruşulanların 58%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü tam dəstəkləyib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan” (CRRC) təşkilatının sorğusunun nəticələrindən məlum olub.

Təşkilatın ötən il apardığı eyni sorğunun nəticələri ilə müqayisədə göstərici 10% artıb. 2024-cü ildə bu göstərici 48% idi.

Gənclər arasında (18-34 yaş) Gürcüstanın Aİ-yə üzvlüyünü dəstəkləyənlərin göstəricisi daha yüksək olub – 86%. 35-54 yaş qrupuna aid respondentlər arasında göstərici 76%-ə, 55+ yaş qrupuna aid respondetlər arasında isə 71%-ə bərabər olub.

Nəticələrə əsasən, paytaxt əhalisi arasında dəstək regionlara nisbətən daha yüksəkdir.

Qeyd edək ki, sorğu Aİ-nin maliyyə dəstəyi ilə bu ilin 8-12 avqust tarixində aparılıb. Telefonla müsahibə yolu ilə ümumilikdə 1 333 respondentin rəyi öyrənilib.

Seçilən
113
1
teleqraf.com

2Mənbələr