AZ

Polşa prezidenti Trampın bu hədiyyəsi ilə öyündü - FOTO

Polşa prezidenti Karol Navrotski Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Donald Trampdan aldığı hədiyyəni nümayiş etdirib.

Publika.az "European Pravda"ya istinadən xəbər verir ki, bu barədə Polşa prezidentinin "10-cu dəftərxanası"nda müvafiq yazı dərc olunub.

Yayımlanan fotoda Navrotski və Tramp Polşa prezidentinin seçkilərdən əvvəl ABŞ-a ilk səfəri zamanı çəkilmiş fotoşəkillə birlikdə poza veriblər. Şəkildə “Sən qalib gələcəksən!” başlığı yer alıb.

"Polşa prezidenti Karol Navrotski və ABŞ prezidenti Donald Tramp Ağ Evdə. Karol Navrotski seçki kampaniyası zamanı söz verdiyi kimi, ilk xarici səfərini Vaşinqtona etdi", - fpaylaşımda qeyd olunub.

Görüş zamanı Tramp bildirib ki, ABŞ qoşunlarını Polşadan çıxarmaq niyyətində deyil, əksinə, ölkədə hərbi mövcudluğu daha da artıra bilər.

Polşanın baş naziri Donald Tusk və hökumətindəki yüksək vəzifəli şəxslər Trampın bəyanatını alqışlayıblar.

Seçilən
153
publika.az

1Mənbələr