Bir neçə ay əvvəl direktoru işdən çıxarılan Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə yeni rəhbər təyin olunub.
Yenisabah.az xəbər verir ki, bu vəzifəyə Tutu Hüseynova gətirilib.
O, əvvəllər Gəncə şəhər 32 nömrəli tam orta məktəbin direktoru olub. pizza sifarişi
1 nömrəli tam orta məktəbin keçmiş direktoru Gülbəniz Bayramova bu ilin mart ayında işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi. Onunla bağlı yayılan səs yazısında məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair adlar altında vəsait yığıldığı iddia edilirdi.
G.Bayramova ötən il sözügedən məktəbə direktor təyin olunmuşdu. Ona bir müddət öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq verilmişdi.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumatına görə, 35 nömrəli ümumi orta məktəbin direktoru İlhamə Tağıyeva 33 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb. 32 nömrəli məktəbin direktoru Tutu Hüseynova şəhərin İ.Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə, Göygöl rayonu Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Natiq Əmirov Samux rayonu İnstitut qəsəbə tam orta ümumtəhsil məktəbinə, Goranboy rayonu Hilal Abdullayev adına Nərimanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Eşqin Axundlu Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinə, Goranboy şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Əfsəl Dünyamalıyev rayonun Hazırəhmədli kənd tam orta ümumtəhsil məktəbinə direktoru vəzifəsinə, Göygöl rayonu Keşkü kənd tam orta ümumtəhsil məktəbinin direktoru Eldəniz Səttarov vəzifəsindən rayonun Cavanşir Nazarov adına Balçılı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyinat alıblar.
Telegram kanalımız