AZ

DÇ-2026: Türkiyə millisi bu gün Gürcüstanın qonağı olacaq

BAKI, 4 sentyabr. TELEQRAF

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində 8 oyun keçiriləcək.

Teleqraf xəbər verir ki, A, G, J və E qrupunda yer alan bəzi komandalar ilk oyunlarına çıxacaq.

J qrupunda Qazaxıstan millisi Uelsi qəbul edəcəksə, E qrupunda Türkiyə Gürcüstanın, İspaniya isə Bolqarıstanın qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan millisi də sabah seçmə mərhələdə ilk oyununa çıxacaq. Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşacaq.

4 sentyabr

DÇ-2026-nın seçmə mərhələsi

J qrupu

18:00. Qazaxıstan – Uels

22:45. Lixtenşteyn – Belçika

Xal: Şimali Makedoniya – 8, Uels – 7, Belçika (2 oyun) – 4,Qazaxıstan (3 oyun) – 3,Lixtenşteyn (3 oyun) – 0.

E qrupu

20:00. Gürcüstan – Türkiyə

22:45. Bolqarıstan – İspaniya

G qrupu

20:00. Litva – Malta

22:45. Niderland – Polşa

Xal: Finlandiya – 7, Niderland – 6 (2 oyun), Polşa – 6 (3 oyun), Litva – 2, Malta – 1.

A qrupu

22:45. Slovakiya – Almaniya

22:45. Lüksemburq – Şimali İrlandiya

Seçilən
68
13
teleqraf.com

10Mənbələr