AZ

"Putin və Zelenski buna hələ hazır deyillər" - Tramp danışdı


ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində Rusiya və Ukrayna arasındakı vəziyyət barədə danışıb. O qeyd edib ki, Vladimir Putin və Volodimir Zelenskinin şəxsi danışıqların perspektivi ilə bağlı qeyri-müəyyənliyin artmasına baxmayaraq, sülh sazişinin bağlanması ideyasına sadiqdir.
D.Tramp öz mövqeyini realist-optimist kimi xarakterizə edib. O qeyd edib ki, hər iki liderin bu məsələni necə həll etməyə çalışdığını diqqətlə izləyir. "Mən bunu müşahidə etdim və bu barədə (ikitərəfli danışıqlar zamanı - red.) Putin və Zelenski ilə danışdım. Nəsə baş verməlidir, amma onlar hələ hazır deyillər. Biz öz məqsədimizə çatacağıq", - ABŞ Prezidenti bildirib.

Mətləb Salahov

Seçilən
19
9
baki-xeber.com

10Mənbələr