AZ

Bu məktəbin bütün məzunları tələbə oldu

2024–2025-ci tədris ilində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini bitirən 41 məzunun hər biri yüksək ballarla ali məktəblərə qəbul olunub.
 
Moderator.az xəbər verir ki, bu nəticə kompleksin tarixinə ardıcıl 15-ci dəfə 100 faizlik qəbul göstəricisi kimi yazılıb.
 
Kompleksin fəaliyyətə başladığı gündən indiyədək 360 məzunu olub. Onların hər biri ölkə daxilində və xaricdə nüfuzlu ali təhsil müəssisələrinə qəbul olublar.
Seçilən
50
2
moderator.az

3Mənbələr