AZ

Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı

“Rusiya Azərbaycanda saxlanılan 13 vətəndaşının tezliklə vətənlərinə qaytarılacağına ümid edir”.

XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Rusiya rəhbərliyi də ümid edir ki, Azərbaycan rəhbərliyi bu insanların evə buraxılmasına anlayışla yanaşacaq”, - deyə Overçuk əlavə edib.

Overçuk qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir:

"İqtisadi sahədə əlaqələr çox yaxşı inkişaf edir. Və biz daim əlaqələr saxlayırıq. O cümlədən, ŞƏT-in sammiti çərçivəsində biz həmkarlarımızla fəal ünsiyyətdə olduq. Ona görə də, burada Azərbaycanla iqtisadi baxımdan əlaqələrimiz planlaşdırdığımız kimi normal inkişaf edir".





Xəbər 19 dəfə oxunub.
Seçilən
268
xezernews.az

1Mənbələr