AZ

İslandiyalı futbolçu: "Bizdə futbol mentaliteti rəqibdən yaxşıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Seçmə mərhələyə qələbə ilə başlamağın nə qədər vacib olduğunu bilirik. Mütləq qalib gəlməliyik. Vəziyyət budur".
Oxu.Az xəbər verir ki, bu sözləri DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda sabah millimizi qəbul edəcək İslandiya yığmasının üzvü Viktor Palsson ölkəsinin mətbuatına açıqlamasında deyib.
"Bizdə həqiqətən çox ümidverici və yaxşı bir heyət var ki, lazım olanı edib qələbə qazana bilək. Xüsusilə də evdə oynayarkən. Ümid edirəm ki, ab-hava yaxşı, stadion dolu olacaq və biz həqiqi bir performans göstərə biləcəyik. Bu, mütləq qələbə qazanmalı olduğumuz" bir oyundur. Məncə, hər kəs bu məqsədlə oyuna çıxacaq. Biz çox yaxşı hazırlaşmışıq".
Palsson Azərbaycan millisinin müdafiədən oynayacağını, rəqibdən güclü təzyiq gözləmədiklərini qeyd edib.
"Mən güman edirəm ki, top daha çox bizdə olacaq və onlar bir qədər müdafiədə oturacaqlar. Onların çox pressinq edəcəyini gözləmirik, əksinə, daha çox əks-hücumlara çıxmağa çalışacaqlar. Rəqib beş müdafiəçi ilə oynayır. Hücum qurarkən səbirlə oynamalı və qətiyyətli olmalıyıq.
Biz sadəcə, rəqibdən daha əzmkar olmalı və daha çox qaçmalıyıq. Bizdə futbol mentaliteti rəqibdən daha yaxşıdır. Bunu tam əminliklə deyirəm. Biz həm topa sahib olarkən, həm də topsuz vəziyyətdə oynanılan island tipli yanaşmanı ortaya qoymalıyıq".
Qeyd edək ki, sabah Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Seçilən
9
2
oxu.az

10Mənbələr