Xaçmaz şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, ümumi sahəsi 900 m² olan 11 boksdan ibarət avtomobil təmiri sexində sahəsi 50 m² olan boksun yanar konstruksiyaları və bitişik sahəsi 48 m² olan kafenin yanar konstruksiyaları yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Xaçmaz rayonunun Qarabağlı kəndində 2,5 ha quru otluq sahə, bələdiyyəyə aid ərazidə 30 ha biçilmiş taxıl sahəsi və 2 ha ağaclıq ərazi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.