AZ

Sosial şəbəkələrdə qadınlara qarşı dələduzluq edən şəxs yaxalanıb


Sosial şəbəkələrdə qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən dələduz saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, 22 yaşlı Rəşad Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb. Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib. Faktlarla bağlı DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib. Mətləb
Seçilən
40
45
baki-xeber.com

10Mənbələr