Bakı. Trend:
“MALBI-trans” və “Carpatica Feroviar” şirkətləri Orta Dəhliznəqliyyat marşrutunun inkişafı çərçivəsində əməkdaşlıq sazişiimzalayıblar. Saziş bu istiqamətdə yeni müntəzəm xidmətlərin işəsalınmasını nəzərdə tutur.
Bunu “MALBI-trans”ın baş direktoru Liliana Krutonoq Trend-ə özəl müsahibəsindədeyib.
Onun sözlərinə görə, əvvəlcə marşrut təhlil mərhələsində olub vəbu mərhələdə mümkün infrastruktur məhdudiyyətləri və ötürücülükqabiliyyəti qiymətləndirilib. Hazırda o, aktiv şəkildə inkişafetdirilir, iştirakçılarının sayı isə artmaqda davam edir. İşlərəyeni şirkətlərlə yanaşı, bu marşrutu öz müştərilərinə təklif edənvə xüsusi xidmətlər üçün müraciət edən nəqliyyat bazarının irioyunçuları da qoşulurlar.
“Orta Dəhlizin inkişaf etməsini statistika da təsdiqləyir: rəsmiməlumatlara çıxış olduğu təqdirdə 2022–2025-ci illər üzrədaşımaların həcminin artımını izləmək mümkündür”, – deyə Krutonoqqeyd edib.
“MALBI-trans” rəhbəri bildirib ki, 2025-ci ildə şirkət mövcudlayihələri davam etdirməklə yanaşı, yeni istiqamətləri də inkişafetdirməyi planlaşdırır. Hazırda tenderlərdə iştirakla bağlı, ocümlədən, Konstansa limanı üzərindən hesablamalar təklif edilən vənəzərdən keçirilən marşrut üzrə işlər görülür.
Bundan başqa, yaxın illərdə bu istiqamətdə innovativ intermodalavadanlığın tətbiqi planlaşdırılır.
Krutonoqun sözlərinə görə, yeni iştirakçıların, o cümlədən,dəmiryolu operatorları və ekspeditor şirkətlərinin meydana çıxmasıilə yanaşı, bazarda alternativ xidmətlər də meydana gəlib. Belə ki,əvvəllər dəniz seqmentində cəmi 2–3 gəmiçilik şirkəti fəaliyyətgöstərirdisə, indi onların sayı əhəmiyyətli dərəcədə artıb və Potilimanına birbaşa reyslər də daxil olmaqla, yeni marşrutlar təklifedirlər.
“Orta Dəhliz iki dəniz seqmenti üzərindən əlaqəni nəzərdə tutur.Söhbət intermodal daşımadan getdiyi üçün əsas nəqliyyat vahidikonteynerdir. Konteyner avtomobil, dəmiryolu və ya dəniz nəqliyyatıilə daşına bilər”, – deyə o bildirib.
Krutonoq vurğulayıb ki, mövcud marşrutlardan istifadə etməklə vəmüştərilərə yeni məhsullar təklif etməklə şirkət artıq fəaliyyətgöstərən xidmətləri, o cümlədən, sistemli qatarları - məsələn,Çexiyadan - inteqrasiya edir. Yüklər limana çatdırılır, gəmiyəyüklənir və daha sonra dəniz seqmenti üzrə tərəfdaşların cəlbolunması ilə daşınır. Limana çatdıqdan sonra isə yüklər keçmiş SSRİölkələrini və müvafiq ittifaqlara daxil olmuş dövlətləri əhatə edəngeniş dəmir yolu sisteminə inteqrasiya olunur.