AZ

Türkiyə millisi Avropa çempionatının 1/8 FİNALINDA

Basketbol üzrə 2025-ci il Avropa çempionatının qrup mərhələsinin beşinci turunun yekunlarına əsasən, pley-off mərhələsində iştirak edəcək milli komandaların ilk dörd cütü müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Serbiya yığmasına 95:90 hesabı ilə qalib gələn Türkiyə millisi də 1/8 finala yüksəlib.

Pley-offda Türkiyə İsveçlə qarşılaşacaq.

1/8 finalın daha 3 cütlüyü də məlumdur. Belə ki, Almaniya Portuqaliya, Litva Latviya, Serbiya isə Finlandiya ilə oynayacaq. Turnirin 1/8 final oyunları sentyabrın 6-7-də keçiriləcək.

1/4 final qarşılaşmaları ayın 9-10-da, yarımfinal matçları isə 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.

Qeyd edək ki, turnir dörd ölkədə - Kipr, Finlandiya, Polşa və Latviyada keçirilir. Bundan əvvəlki Avropa Basketbol Çempionatı 2022-ci ildə keçirilib. Yarışın son çempionu ispanlar olub.

Bizim.Media

Seçilən
12
6
bizim.media

8Mənbələr