AZ

Bloomberg: Zelenskiy tərəfdarları Rusiyanın yeni hücumundan narahatdır...

Avropa və ABŞ Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə edir...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, Parisdə keçiriləcək görüşdə Alyans ölkələrinin nümayəndələri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini və ABŞ-la aparılacaq danışıqlarda vahid mövqenin formalaşdırılmasını müzakirə edəcəklər.

Rusiya təxminən 100 minlik hərbi qüvvəni Donetsk vilayətindəki strateji əhəmiyyətə malik Pokrovska toplayıb. Ekspertlərin fikrincə, şəhərin ələ keçirilməsi Kramatorsk və Slavyansk istiqamətində genişmiqyaslı hücum üçün açar rolunu oynaya bilər.

ABŞ Prezidenti Donald Tramp indiyə qədər Moskvaya qarşı vəd edilmiş sanksiyaları tətbiq etməyib, və atəşkəs əldə etmək üçün aparılan diplomatik təşəbbüslər uğursuz olub.

Avropa ölkələri Ukraynaya dəstək variantlarını müzakirə edir, o cümlədən müharibədən sonra əsgərlərin göndərilməsi perspektivləri də gündəmdədir, lakin bu məsələdə hələ konsensus yoxdur.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr