AZ

Dünya Bankı Azərbaycanda karbonsuzlaşdırmaya dəstək olmaq məqsədilə "Azeraluminium"da enerji auditi həyata keçirir

Bakı. Trend:

Dünya Bankının Azərbaycana davam edən texniki dəstəyiçərçivəsində və yerli tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində Gəncəşəhərində yerləşən “Azeraluminium” MMC-nin istehsalat obyektindəenerji auditi həyata keçirilib.

Trend bu barədəDünya Bankına istinadən xəbər verir.

Bankın məlumatına görə, audit ölkədə sənayeninkarbonsuzlaşdırılmasının təşviqinə ümumi səyin bir hissəsi olaraqaparılıb.

Bildirilir ki, tədbirin məqsədi ölkənin ən böyük alüminiumistehsalı müəssisəsində enerji səmərəliliyinin artırılması vəistixana qazı (İQ) emissiyalarının azaldılması üçün praktikimkanların müəyyən edilməsinə kömək etmək olub.

Məlumata əsasən, bu fəaliyyət Avropa İttifaqı tərəfindənmaliyyələşdirilən və Dünya Bankı tərəfindən icra olunan Azərbaycansürətli texniki yardım mexanizmi (AZTAF) çərçivəsində həyatakeçirilib. AZTAF Azərbaycan hökumətinə tikinti sektorunda, ocümlədən, sənaye və kommersiya obyektlərində enerji səmərəliliyininartırılmasında dəstək göstərir, eləcə də, maraqlı tərəflərin enerjiqənaəti tədbirlərinin icrası və maliyyələşdirilməsi imkanlarınıgücləndirir.

“Məlumatda deyilir ki, Dünya Bankının komandası fəaliyyətəBakıda keçirilən görüşlə başlayıb. Görüşdə "Azeraluminium" MMC,Azərbaycan İnvestisiya Holdinqi və Almaniyanın CMMC konsaltinqşirkətinin nümayəndələri iştirak ediblər. Daha sonra Gəncədəkizavodda komanda əməliyyat proseslərini təhlil edərək, enerjiqənaəti üzrə praktik tədbirlərin müəyyənləşdirilməsi və xərc-faydatəhlilinin həyata keçirilməsi məqsədilə birgə texnikiqiymətləndirmə aparıb.

Yekun hesabat isə Azərbaycanda sənaye sektorunun enerjisəmərəliliyinin artırılması və karbonsuzlaşdırmanınsürətləndirilməsinə yönəlmiş gələcək investisiyalar və siyasəttövsiyələri üçün model rolunu oynayacaq”, – məlumatda qeydolunur.

Məqalədə:
Seçilən
70
2
az.trend.az

3Mənbələr