AZ

Azərbaycanda ət məhsulları üzrə özünütəminetmə səviyyəsi azalıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4% təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, hesabat dövründə mal əti və ət məhsulları üzrə göstərici 88,5% olub. Bu isə əvvəlki ilin nəticəsindən (88,4%) 0,1 faiz bəndi çoxdur.

Ən ciddi azalma quş əti üzrə qeydə alınıb. Belə ki, 2024-cü ildə göstərici 76,6% təşkil edib ki, bu da 2023-cü ildəki 81,7%-lə müqayisədə 5,1 faiz bəndi aşağıdır. Balıq və balıq məhsullarında isə artım müşahidə olunub – 2024-cü ildə 77,3%, əvvəlki il isə 75,4% idi (artım 1,9 faiz bəndi).

Qeyd edək ki, bu dövrdə qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsi 96,5%-ə yüksəlib (2023-cü ildə – 94,9%), süd və süd məhsullarında isə göstərici 83,9% təşkil edib ki, bu da əvvəlki ilin nəticəsi (84%) ilə müqayisədə 0,1 faiz bəndi azdır.

Yumurtada isə artım davam edib – 2024-cü ildə göstərici 103,7% təşkil edib ki, bu da 2023-cü illə (102,2%) müqayisədə 1,5 faiz bəndi çoxdur.

Xatırladaq ki, ötən il ölkədə ət istehsalı 386 min 323 ton, idxalı isə 78 min 453 ton təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
3
apa.az

4Mənbələr