AZ

Bu ölkənin Xarici İşlər Naziri SAXLANILDI

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.

News365.az "Orda"ya istinadən xəbər verir ki, bu gün xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıblar.

Bildirilir ki, ŞƏT sammitində iştirak edən nazir ötən gün Çindən qayıdıbmış. Müstəntiqlər həm nazirin, həm də iş adamı Hacıyevin iqamətgahında axtarış aparıblar. 

Onların hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

Qeyd edək ki, Nurtleu 3 aprel 2023-cü ildən Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziridir.

Nurtleu əvvəllər Qazaxıstan prezidenti administrasiyasına rəhbərlik edib, eyni zamanda Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Seçilən
87
33
news365.az

10Mənbələr